Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ötən həftə Çin Xalq Azadlıq Ordusunun Hava Qüvvələri özünün beşinci nəsil J-20 “Chengdu” gizli qırıcılarını təqdim etdi. Qırıcı ABŞ-ın F-22 və F-35-lərinə meydan oxumaq məqsədilə illərdir ki, təkmilləşdirilirdi.
Rusiya da "Soyuq Müharibə" dövrünün sursatları üzərində işləyir. O, “Sukhoi” Su-57 gizli qırıcıları və T-14 “Armata” tanklarını yenicə nümayiş etdirib. Aşağıda SIPRI-nin məlumatlarına əsaslanan hərbi xərclərdəki dəyişən tendensiya ilə tanış ola bilərsiniz:
2007-2016-cı illər arasında əsas güclərin hərbi xərclərində dəyişiklik - %-lə
Çin, Rusiya və Hindistan müdafiə xərclərini artırarkən, ABŞ və Britaniya bu xərcləri azaldıb. Buna baxmayaraq, ABŞ hələ də mübahisəsiz hərbi lider kimi qalmaqda davam edir. Onun 2015-ci ildəki müdafiə xərcləri 1,68 trilyon dollar olub ki, bu da bütövlükdə dünyanın həmin il üzrə hərbi xərclərinin 36%-nə bərabərdir.
2016-cı ildə ən çox hərbi büdcəsi olan 15 ölkə (milyard ABŞ dolları ilə)
ABŞ 2012-ci ildə qlobal maliyyə böhranına və post-İraq/Əfqanıstan hərbi əməliyyatlarına cavab olaraq bəzi kəmərsıxma tədbirləri gördü. Lakin onun əsas müdafiə büdcəsi dəyişməz olaraq qalmaqdadır. ABŞ-ın müdafiə xərclərinin 2014-2022-ci illər arasında 625 milyard dollardan 734 milyard dollara qalxacağı gözlənilir. Bunun 392 milyard dolları nüvə silahlarına, 97 milyard dolları raketdən müdafiəyə, 100 milyard dolları isə ətraf mühit və sağlamlıq üçün xərclənəcək.
Ağalar Ağalarlı
Ordu.az